Nadir rastlanan bəbirlər

  • SpaceTV
  • 18 Noyabr 2019 15:16

Əldə olunan görüntülərdə bəbirlərin sayının ötən illərlə müqayisədə xeyli artdığı görünür. 40 350 hektarlıq ərazini əhatə edən Hirkan Milli Parkında bəbirlərə nadir hallarda rast gəlinir. Elə buna görə də onların dəqiq sayı və yem bazası barəsində məlumat əldə etmək əvvəllər çox çətin idi. Amma son texnoloji avadanlıqlar bu çətinlikləri aradan qaldırıb.
Astaranın Şindan və Lənkəranın Haftoni meşəbəyliklərində ağaclara bərkidilmiş 20-dən çox fototələ bəbirlərlə yanaşı çöldonuzu, ayı və digər heyvanların yüksək keyfiyyətli görüntülərini çəkib. Görüntülərə baxdıqda cənub meşələrinin flora və faunasının zəngin olduğunu bir daha məlum olur.

Qeyd edək ki, milli parkda ağaclar üzərinə quraşdırılan sensorlu kameralar yalnız heyvanlar onun qarşısından keçərkən işə düşür. GPS vastəsi ilə idarə oluna bilən bu qurğuların yaddaş kartları ayda bir dəfə yoxlanılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun