Nadir rəngdə olan dəniz pişiyi böyük marağa səbəb oldu

  • Space TV
  • 10 Sentyabr 2020 09:51

Sosial şəbəkələrdə qeyri-adi rəngdə olan dəniz pişiyinin görüntüləri yayılıb.

Spacetv.az REN TV-yə istinadən xəbər verir ki, foto və videonu rusiyalı bioloq Vladimir Burkanov  özünün “Instagram” hesabında paylaşıb.

Oxot dənizinin sahilində çəkilən görüntülərdə kürən rəngli bala tünd rəngli həmcinsləri ilə birlikdə əks olunub.

Burkanov ilk əvvəl onu albinos hesab edib, sonra isə səhvini düzəldərək onun xromist olduğunu bildirib.

Görüntülər sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Paylaş

 Xəbəriniz olsun