Nadir quş tapılıb

  • SpaceTV
  • 8 Avqust 2019 12:24

28 may küçəsində, Qara Qarayev parkında nadir quş növlərindən hesab olunan əbabil quşu tapılıb. Quş yaralı olduğundan hadisənin şahidi olan şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Məsələ ilə bağlı operativ reaksiya verən qurum əbabil quşunu tapan şəxsdən təhvil almaq üçün əməkdaşlarını hadisə yerinə göndərib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  mətbuat xidmətinin rəhbəri İradə İbrah­imova  bildirib ki, Əbabil quşu  təhvil alındıqdan sonra  Altıağac Milli Parkının nəzdində fəa­liyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitas­iya Klinikasına təhv­il verilib. Mətbuat katibi- quş re­abilitasiya dövrü ke­çdikdən sonra vəhşi təbiətə buraxılacaq: “Bu nadir quşu köməks­iz vəziyyətdə görüb nazirliyə xəbər verən vətəndaşa, həmçinin vəhşi təbiətə həs­sas münasibət göstər­ən hər kəsə minnətda­rlığımızı bildiririk” deyə  əlavə edib.

Qeyd edək ki, əbabil dünyanın ən nadir quşlarından biridir. Bu quşlar gecə-gündüz havada qalır və uçark­ən yatırlar, ümumilikdə ömürlərinin 80 faizdən çoxunu uçaraq keçirərlər. Bu canl­ılara yerdə çox nadir hallarda rast gəlm­ək mümkündür.

Paylaş

 Xəbəriniz olsun