N95 maskasını yenidən istifadə etmək olarmı? – İXTİRAÇIDAN AÇIQLAMA

  • SpaceTV
  • 30 Mart 2020 14:23

Koronavirusdan qoruyan N95 maskalarını bir dəfə istifadədən sonra yenidən istifadəyə yararlı etməyin iki metodu var.

SPACE TV  xəbər verir ki, Amerika Mədə-Bağırsaq və Endoskopik Cərrahlar Cəmiyyətinin məlumatına əsasən bu barədə N95 maskalarında istifadə olunan filtrasiya parçasının ixtiraçısı Doktor Peter Tsay deyib.

Onun sözlərinə görə, birinci metod istifadə olunmuş respiratoru 3-4 gün quru havada saxlamaqdan ibarətdir. O bildirib ki, maska 3-4 gün quru havada saxlanılsa COVID-19 virusu onun üzərində qalmayacaq.

Lakin bu metod üçün dörd ədəd N95 maskası lazımdır.

“Dörd ədəd N95 maskasını götürün və onları nömrələyin (1-4). 1-ci gün 1 nömrəli maskadan istifadə edin, sonra isə onu 3-4 gün qurumağa qoyun. 2-ci gün 2 nömrəli maskadan istifadə edin, sonra isə onu 3-4 gün qurumağa qoyun. 3-cü və 4-cü günlər üçün də eyni şeyi edin”, – təlimatda bildirilir.

Amma N95 maskalarını havada qurudarkən onların üzərinə günəş işığı düşməməlidir, belə ki, günəş işığı polipropilen materialdakı elektrostatik yükləri zədələyir.

N95 maskasını sterilizasiya etməyin ikinci metodu onu sobada (metalla əlaqə olmadan) asaraq 30 dəqiqə 70C temperaturda saxlamaqdır. Bəzi məlumatlara görə, COVID-19 virusu 65C temperaturda 30 dəqiqə qaldıqda ölür. Sterilizasiyanı həyata keçirmək üçün tənəffüs cihazını mətbəx sobasının içində taxta sancaq vasitəsilə asmaq olar.

Paylaş

 Xəbəriniz olsun