Nəvəsini qoruyan nənəni maşın vurub öldürdü

  • Space TV
  • 1 Sentyabr 2020 15:43

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reportun məlumatına görə, hadisə paytaxtın Gəncə prospektində qeydə alınıb. 

Bildirilib ki, Mercedes markalı avtomobil piyada zolağında ad-soyadı hələlik məlum olmayan yaşlı qadını vurub. 

Şahidlərin sözlərinə görə, avtomobil piyada zolağında qadının nəvəsini vuran zaman o, uşağı xilas etməyə çalışıb. Bu vaxt avtomobil qadını vuraraq öldürüb. Onun nəvəsi isə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Paylaş

 Xəbəriniz olsun