Nəvələrini öldürən nənə özünü asdı

  • Space TV
  • 31 Yanvar 2020 14:57

Hadisə Nizami rayonu,Rüstəm Rüstəmov küçəsi,74 saylı binanın 59-cu mənzilində axşam saat 6 radələrində baş verib.İşdən evə qayıdan ana və ata mənzildə 3 meyidlə qarşılaşıblar.Nina Allahverdiyeva nəvəsi 6 yaşlı İsu Pikulo və 2 yaşlı Marat Pikulonu boğaraq öldürüb.Daha sonra özünü asaraq intihar edib.

57 yaşlı Nina Allahverdiyevanın qətlə yetirdiyi 6 yaşlı lsu Pikulo və 2 yaşlı Marat Pikulo onun qızı Liliya Allahverdiyevanın Vadim Pikulo ilə nikahından dünyaya gəlib.Daha dəqiq 2012-ci ildə evlənən cütlük övladlarını nənələrinə etibar edərək öz peşə fəaliyyətlərinə davam edirblər. Liliya Allahverdiyeva və həyat yoldaşı Bakıdakı elektronika mağazalar şəbəkəsində menecer işləyirlər.Bildirilir ki, hadisəni törədən Nina Allahverdiyeva sakit təbiətli qadın olub. Təxminən 13 il əvvəl onun həyat yoldaşı vəfat edəndən sonra Nina Allahverdiyevada bəzi psixi sarsıntıların baş verdiyi ehtimal edilir. Onun dərin ruhi-psixoloji sarsıntı altında nəvələrini qətlə yetirdiyi və daha sonra intihar etdiyi ehtimal edilir.Qonşularla da həmsöhbət olduq.Onlar mərhumun heç bir psixoloji probleminin olmadığını deyirlər.

Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki,daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspert briqadasının iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanıb.Cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, müvafiq ekspertizalar təyin edilib.Hadisə yerinə baxış zamanı mənzildə olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması və mənzilin giriş qapısının içəri tərəfdən kilidli olması müəyyən edilib, eyni zamanda meyitlərə baxış zamanı boğulmağa xarakterik izlərdən başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.İlkin istintaq fərziyyələri ilə Nina Allahverdiyevanın əvvəlcə nəvələrini kəndirlə boğaz nahiyələrindən boğmaqla öldürməsinə, daha sonra isə özünü kəndirlə asaraq intihar etməsinə əsaslı şübhələr yaranıb.Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun