Nəvələrinə ad günü keçirən babalar saxlanıldı

  • SpaceTV
  • 11 Avqust 2020 14:39

Goranboyda evdə gizli ad günü keçirmək istəyən şəxslər saxlanılıb.Space TV-nin məlumatına görə, Goranboy polisinə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində ad günü mərasimi keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək mərasimi dayandırıb, iştirakçılar saxlanlıraq polis şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalar nəticəsində məlum olub ki, rayon sakinləri Daşqın Qarayev və İlyas İsrafilov əvvəlcədən danışaraq nəvələrinə ad günü keçirmələri barədə razılığa gəliblər. Həmin şəxslər də daxil olmaqla  məclis iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 211-ci – Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsinin tələblərinə uyğun olaraq 200 manat məbləğində cərimə ediliblər.

Qeyd edək ki, Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı  xüsusi karantin rejiminin tələblərini pozan 666 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb.Onlardan 10 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib. Bundan başqa görülən tədbirlər nəticəsində rayon ərazisində 1 nişan və 1 toy mərasiminin qarşısı alınıb.

Emin Babayev, Space TV

Paylaş

 Xəbəriniz olsun