Nəvə nənə və babasını öldürdü

  • SpaceTV
  • 11 May 2020 14:55

Rayonun Bizlan kəndindən dəhşətli qətl xəbəri gəlib. Kənd sakini, 38 yaşlı Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı 82 yaşlı babası -Tapdıqov Zakir Şakir oğlu və 66 yaşlı nənəsi – Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb. Nənə və babanı ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov sonra qardaşının evinə gedərək onu öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb.

İsmayıllı Rayon Polis Şöbəsinin və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

                                                                    VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun