Nəticəsiz danışıqlar savaşa yol açır?

  • SpaceTV
  • 1 May 2020 15:16

ƏVVƏLCƏ ONU DEYƏK ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ PREZİDENT İLHAM ƏLİYEV İLƏ ERMƏNİ BAŞ NAZİRİ NİKOL PAŞİNYANIN YENİ GÖRÜŞÜNÜ TƏŞKİL ETMƏYƏ ÇALIŞIRLAR. İŞĞALÇI DÖVLƏTİN MƏTBU ORQANLARININ YAYDIĞI XƏBƏRƏ GÖRƏ, ELMAR MƏMMƏDYAROVLA ERMƏNİ XARİCİ İŞLƏR NAZİRİ MNATSAKANYAN ARASINDA BAŞ TUTAN VİDEOKONFRANSDA BU MƏSƏLƏ DƏ MÜZAKİRƏ OLUNUB. DANIŞIQLARDA UĞUR ƏLDƏ OLUNMASA DA, ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ SÜLH PROSESİNİ HƏRBİ NƏTİCƏ OLMADAN İRƏLİ APARMAQ İSTƏYİRLƏR. O Kİ QALDI PREZİDENT İLHAM ƏLİYEV VƏ PAŞİNYANIN GÖRÜŞÜNƏ, AŞQABAD VƏ MÜNHEN SİLLƏLƏRİNDƏN SONRA ERMƏNİ LİDER ÇƏTİN BİR MÜDDƏT ÖZÜNƏ GƏLƏ.

BƏZİ SİYASƏTÇİLƏRİN FİKRİNCƏ NƏ LAVROVUN, NƏ DƏ MNATSAKANYANIN SON  BƏYANATLARINDA YENİ HEÇNƏ YOXDUR. BU DA MDB MƏKANINDA MÜNAQİŞƏLƏRƏ NƏZARƏTİN ZƏİFILİYİNDƏN XƏBƏR VERİR.  HƏTTA AZƏRBAYCAN İCTİMAİYYƏTİNDƏ  MÜNAQİŞƏNİN DANIŞIQLAR YOLU İLƏ HƏLLİNƏ İNANMAYANLAR DA VAR.

XATIRLADAQ Kİ, ERMƏNİSTANDA KÖÇƏRYAN HAKİMİYYƏTİNİN SONLARI, SARKİSYAN PREZİDENTLİYİNİN İLK GÜNLƏRİNDƏ QARABAĞ DANIŞIQLARINDA GÜZƏŞTLƏRƏ NAİL OLUNDUĞU AÇIQLANMIŞDI. BELƏ Kİ,”LAZÇIN DƏHLİZİ” İSTİSNA, İŞĞAL OLUNMUŞ ƏRAZİLƏR BAKININ NƏZARƏTİNƏ QAYTARILACAQ, ERMƏNİSTANIN İQTİSADİ BLOKADASI QİSMƏN ARADAN QALDIRILACAQDI. RUSİYALI POLİTOLOQ VİTALİ ARKOVUN FİKRİNCƏ PAŞİNYAN ABŞ-IN DƏSTƏYİ İLƏ BU PLAN ÜZRƏ DANIŞIQLARI MÜVƏQQƏTİ DAYANDIRIB. İRƏVAN  PRİORİTETLƏRİNİN DƏYİŞMƏSİNİ VAŞİNQTONUN GÖSTƏRİŞİ DƏ ADLANDIRMAQ OLAR. ƏLQƏRƏZ,  AZƏRBAYCAN VƏ RUSİYANIN BÖLGƏDƏ GÜCLƏNMƏSİNİ İSTƏMƏYƏNLƏR MÖVCUDDUR Kİ, ONLARA REGİONDAKI GƏRGİNLİYİN ARADAN QALDIRILMASI YOX, QORUNMASI LAZIMDIR

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun