Nəsimi məktəbliləri Gəncədə

  • SpaceTV
  • 14 Noyabr 2019 18:30

Layihə üzrə tərtib olunan səfər proqramına əsasən noyabrın 13-16 tarixlərində Nəsimi rayonunun   26 məktəbindən 40 nəfər şagird  və 4 nəfərlik heyyət “Ölkəmizi tanıyaq devizi altında”  Gəncə -Şəmkir və Göygöl rayonlarına növbəti maarifləndirici tur –aksiyası təşkil olunub.

Öncə qrupun təşkil məsələləri həll olunaraq rayonun orta məktəblərində təhsil alan , öz təhsili və intizamı ilə , ictimai həyatda fəalllığı ilə fərqlənən şagirdlər seçilib.Rayon icra hakimiyyətində yaradılmış qərərgah tərəfindən qrupa rəhbər təyin olunub. xüsusi geyimlər və tələb olunan ləvazimatlar Şagirdlərə təqdim olunub, turun marşurutu , tədbir iştirakçılarının qalacağı otel müəyyən edilib.Təsdiq olunmuş proqrama əsasən Nəsimi rayon yeniyetmələri Gəncənin –Şəmkirin və Göygölün görməli yerlərində olacaq,Heydər Əliyev Mərkəzində , tarixi abidələr,tarix –dityarşünaslıq muzeyləri ilə yaxından tanış olacaqlar

Şagirdlərin  yola  salma  mərasimində çıxış edən rayon icra hakimiyyətinin baçısı Asif Əsgərov şagirdləri salamlayaraq onlara tur-aksiyanın əhəmiyyətindən, məktəblilərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışıb.

Bildirək ki, Ölkəmizi tanıyaq maarifləndirici tur-aksiyası 2014 cü ildən həyata keçirilir və bu günə kimi bu aksiyada Nəsimi rayonundan 400-ə yaxın məktəbli iştirak edib.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun