Nəriman Abbasov kəmərini qorumaq üçün Tailandda hazırlaşır

  • Space TV
  • 29 Yanvar 2020 15:52

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov Tailandın Puket şəhərində hazırlıqlara başlayıb.

SPACE TV-in xəbərinə görə, o, yanvarın 13-dən adıçəkilən şəhərin “Tiger Muay Thai” adlı məşq bazasında hazırlaşır.

İdmançımız ötən il qazandığı “Fight Nights Global”ın yüngül çəkidə çempionluq kəmərini müdafiə etmək üçün məşq keçir. Tailanddakı məşqlər fevralın 5-dək davam edəcək. 

Qeyd edək ki, idmançımızın apreldə kəməri müdafiə etmək üçün döyüşəcəyi rəqib hələlik bəlli deyil. Onun adına təxminən bir həftəyə aydınlıq gəlməlidir. İlkin olaraq onun rəqibi Rusiyanı təmsil edən erməni idmançı Eduard Vartanyan olmalıydı. Lakin bu döyüş baş tutmayacaq.

Paylaş

 Xəbəriniz olsun