Hadisə Mingəçevirdə qeydə alınıb. Özünü yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edən şəxs mətbəxdə əyləşərək onlardan sənəd gətirmələrini tələb edib. Daha sonra ev sahibindən su istəyib, bu zaman ayağa qalxaraq yaşlı kişiyə bıçaq çıxarıb. Gözləri önündə həyat yoldaşının hücuma məruz qaldığını görən 67 yaşlı Südabə Musayeva, qışqırıb kömək istəyən zaman nəmalum şəxs onu stulla vuraraq evdən qaçıb.
Hadisədən həyacanlanan ev sahibi və xanımına tibbi yardım göstərilib. Şəhər ərazisində baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanıb.
Emin Babayev SPACE TV