Nəcəfkənd-Qələnxur ərazisində kəsilmiş ağacların yerində yeni ağaclar əkilib

  • Space TV
  • 15 Dekabr 2020 12:33

Qusar rayonunun dövlət sərhəd zonasında yerləşən Nəcəfkənd-Qələnxur ərazisində ağacəkmə tədbiri keçirilib, bir neçə gün əvvəl sözügedən ərazidə kəsilmiş ağacların yerində yeniləri əkilib.

Meşələrin inkişafı xidmətinin rəisi Namik Xıdırov bildirib ki, xidmətin əməkdaşlarının və kənd sakinlərinin iştirakı ilə karantin qaydalarına əməl olunmaqla ərazidə 1000-dən artıq meşəcinsli ağac əkilib və palıd toxumu səpilib.

Xidmət rəsmisi onu da qeyd edib ki, meşələrin artırılması və yaşıllıq massivlərinin genişləndirilməsi məqsədilə ölkə üzrə meşə fondu torpaqlarının açıq və seyrək sahələrində, kəsilmiş və yanğına məruz qalmış meşə ərazilərində əkin-bərpa işləri aparılır, meşəcinsli ağaclar əkilir, toxumlar səpilir.

“Bu payız 500 hektar meşə fondu torpağında əkin-bərpa işlərinin aparılması nəzərdə tutulub və demək olar ki, artıq işlərin 90 faizi yerinə yetirilib. Ağacəkmə tədbirləri mövsümün sonunadək davam etdiriləcək”. 

N.Xıdırov yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərən və əkin-bərpa işlərində yaxından iştirak edən ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.

Paylaş

 Xəbəriniz olsun