Myanmada siyasi vəziyyətlə bağlı bütün banklar bağlandı

  • Space TV
  • 1 Fevral 2021 12:09

Myanma Banklar Birliyi siyasi vəziyyətin fonunda və internet kəsilməsi ilə əlaqədar ölkə ərazisində bütün bankların müvəqqəti bağlandığını açıqlayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Xatırladaq ki, Myanmada dövlət çevrilişi olub, fövqəladə vəziyyət elan edilib. Hərbçilər prezidentin və dövlət müşavirinin saxlanılmasından sonra ölkədə bir illik fövqəladə vəziyyət rejimi elan ediblər.

Paylaş

 Xəbəriniz olsun