Muzeydəki kameradan xərçəng olduğunu – öyrəndi

  • SpaceTV
  • 28 Oktyabr 2019 15:34

İngiltərədə yaşayan bir qadın döş xərçəngi olduğunu Şotlandiyan paytaxtı Edinburq şəhərindəki bir muzeyin terminal kamerasından öyrənib.

SPACE TV  xarici mediaya istinadla bildirir ki, Ball Gill adlı qadın ailəsi ilə getdiyi “Camera Obscura and World of Illusions” adlı qaranlıq otaq və illuziya muzeyində terminal kameraya əl sallayaraq foto çəkdirərkən sol döşündə qırmızı bir işıq görüb.

Gill ” yanımdakı insanların heç birində belə bir şey yox idi. Şübhələndim və evə getdikdə “Google”dən terminal kameralar ilə bağlı araşdırma etdim. Onkoloqların diaqnoz üçün bəzən bu kameralardan yararlandığını öyrəndim. Növbəti gün həkimə getdim və döş xərçəngi olduğumu öyrəndim.

Xəstəliyi erkən mərhələdə müəyyən olunan və 3-cü dəfə əməliyyatolunmağa hazırlaşan 41 yaşlı qadın muzeyə təşəkkür məktubu göndərərək “Kameraların məqsədinin xərçəng diaqnozu olmadığını bilirəm. Amma muzeyinizə gəlməyim həyatımı dəyişdirdi. Kameralarınız olmasaydı xərçəng olduğumu bəlkə də, heç öyrənməyəcəkdim” deyib.

Muzeyin müdürü Andreyu Conson isə “Kameralarımızın belə bir bacarı olduğunu bilmirdik” deyə açıqlayıb.

Paylaş

 Xəbəriniz olsun