“Mütəllibov demokratik ruhlu insandır, amma qətiyyəti yoxdur”. – VİDEO

  • Space TV
  • 27 Noyabr 2019 14:43

 “Mütəllibov çox gözəl, demokratik ruhlu insandır, amma qətiyyəti yoxdur”.  Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Space TV –nin efirində yayımlanan “Sadə Həqiqətlər” verilişində eks – prezident Ayaz Mütəllibovun hakimiyyəti qoruyub saxlaya bilməməsinin səbəblərindən danışarkən belə deyib.  Partiya sədri eks-prezidentin dəfələrlə hakimiyyəti saxlamaq imkanının olduğunu bildirib: “Mən də kömək etmişəm, başqaları da kömək edib. Helikopter qəzasından sonra mən Mütəllibovla danışdım ki, Ermənistana müharibə elan edək. Çünki bizə təcavüz olub,  ona cavab verməmişik. Dedi iqtisadi blokadaya alarlar. Biz oturub mütəxəssislərlə hesabladıq ki, iki il Azərbaycana heç nə gəlməsə  özünü dolandırmaq imkanına malikdir. Ona görə müharibə elan etməklə bağlı razılığa gəldik.  Gecə 3-də onun kabinetdindən çıxdım. Səhər gəldim parlamentdə bu təklifi verdim, gördüm heç kəs səs vermir.  Mütəllibova baxdım, məni yanına çağırdı. Dedi səndən sonra yanıma gəldilər. Qərara gəldik ki parlamenti buraxaq, Milli Şura yaradaq”.

Paylaş

 Xəbəriniz olsun