Mütəllibov açıqladı: “Həlqə” hücumunu kim dayandırdı? – Video

  • SpaceTV
  • 25 Oktyabr 2019 11:01

Eks-prezident Ayaz Mütəllibov növbəti dəfə Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olub.

SPACE TV  xəbər verir ki, Ayaz Mütəllibov bu dəfə hakimiyyətdə olduğu zaman ermənilərə qarşı həyata keçirtdiyi “Həlqə” hərbi əməliyyatı haqqında danışıb. Onun sözlərinə görə, əməliyyat uğurla həyata keçdiyi bir məqamda ona qarşı ciddi təzyiqlər başlayıb. Bu təzyiqləri isə Xalq Cəbhəsi təşkil edib.

Eks-prezident bildirir ki, ona öncə Pribaltikadakı Xalq Cəbhəsindən hədə dolu zənglər gəlib və qısa zamandan sonra Moskvadan Qorbaçov başda olmaqla, təhlükəsizlik orqanlarının rəhbərləri zəng edib. O, bir günün içində Moskvaya getməli olub və bununla da proses yarımçıq qalır.

Ayaz Mütəllibov açıqlamasında həm də intiqam almaq hissini və bir məsələdə peşmançılığını da etiraf edib.

“Sadə həqiqətlər” verilişi bu gün saat 21:50-də Space TV-də yayımlanacaq.

Paylaş

 Xəbəriniz olsun