Mustafa Şentopun səfər proqramı məlum olub

  • Space TV
  • 19 Oktyabr 2020 10:43

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun səfər proqramı məlum olub.

Spacetv.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədovla görüşəcək.
 
Günün sonunda Milli Məclis sədri TBMM sədrinin şərəfinə axşam yeməyi təşkil edəcək. Sabah M.Şentop Xarici İşlər naziri Ceyhun Bayramovla görüşəcək, daha sonra Milli Məclisdə çıxış edəcək.

Paylaş

 Xəbəriniz olsun