Mustafa Sandal istintaqa çağırıldı

  • SpaceTV
  • 10 Mart 2020 16:52

Türkiyəli məşhur müğənni Mustafa Sandal istintaqa çağırılıb.

Sondakika.com-un xəbərinə görə, o, “Məni ağlatma” adlı kitabında aktrisa Defne Samyeli ilə sevgili olduğunu yazıb.

Musiqiçi kitabında Samyeli ilə bir müddət gizli eşq yaşadıqlarını qeyd edib.

Sandalla heç vaxt romantik münasibət yaşamadığını deyən Samyeli isə onu məhkəməyə verib. O, Sandalla 15 ildə cəmi 4 dəfə görüşdüyünü bildirib.

İstintaqa cəlb edilən Sandal bu gün ifadə verib.

O, ifadəsində kitabda yazdıqlarını təkzib edib:

“Defne xanım haqlı ola bilər. Saymamışam, amma dörd dəfə görüşmüş ola bilərik. Ola bilsin, mən fikrimi səhv ifadə etmişəm”.

Paylaş

 Xəbəriniz olsun