Müstəqillik günü qeyd olundu

  • SpaceTV
  • 10 Sentyabr 2019 12:10

Bakıda İndoneziya Respublikasının müstəqillik günü münasibətilə rəsmi qəbul keçirilib. Müstəqqillik əldə olunmasının 74-cü il dönümününə həsr olunan qəbulda Azərbaycan – İndoneziya əlaqələrindən danışılıb, münasibətlərin iqtisadi əlaqələrin genişlənməsinə səbəb olduğu vurğulanıb.

Rəsmi qəbula hər iki ölkənin milli himnlərinin səslənməsi ilə start verildi

Tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənani bildirdi ki, son 20 il ərzində ümumdaxili məhsulun artımı bu ölkəni dünya iqtisadiyyatının elitaları arasında yerləşdirib.

Səfir – Hüsnan Bəy Fənani çıxış edərək bildirib ki: “İndoneziyanın əsas prioriteti bölgədə sülh və dostluğun olmasıdır. Azərbaycan və İndoneziya arasında diplomatik əlaqələrin bu il 27-ci ilinin tamam olur. İki ölkə arasında əlaqələr ilbəil güclənir. Qarşılıqlı səfərlər iqtisadi, mədəni və xalqlararsı münasibətləri daha da gücləndirir. Azərbaycan daima dini tolerantlıq, qarşılıqlı hörmət, dinlərarası dialoq, multikultural həyat tərzi ilə İndoneziyanı valeh edir.

Tədbirdə iştirak edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edərək, son 27 il ərzində iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edib.

Rəsmi hissədən sonra İndoneziya Respublikasının milli musiqiləri və rəqsləri nümayiş etdirildi. 

Cəfər Talıb, Rahib Səfərov, Space.

Paylaş

 Xəbəriniz olsun