Nəinki ölkəmiz, bütün dünya çətin, ağır bir dönəmi yaşayır. Bu vəziyyətdən üzüağ, sağ çıxmaq üçün bir sıra vacib qaydalara əməl edilir. 11 ayın sultanı müqəddəs Ramazan ayı belə çətin bir zamana təsadüf edir. Bir çoxları oruc tutanların orqanizminin zəifləyəcəyi üçün virusa asanlıqla yoluxa biləcəyini ehtimal edirlər. Bəs həkimlər nə deyir?
Həkim qida rejimi ilə bağlı da məsləhət verdi. Bildirdi ki, bu ay boyunca maye qəbuluna xüsusi fikir verilməlidir.
Tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi isə qeyd etdi ki, müəyyən qrup insanlar var ki, xəstəlikləri ilə əlaqədar bu dönəmdə onların ac qalması səhhətlərinin pisləşməsinə səbəb ola bilər. Bunların arasında xüsusi yeri orqan transplantasiyası əməliyyatı keçirmiş insanlar tutur.
İlahiyyatçı Ağa Hacıbəyli bu qənaətdədir ki, oruc tuitmaq nəinki immun sistemini zəiflədir, əksinə bədənin zərərli toksinlərdən təmizlənməsinə kömək edir ki, bu da orqanizmin xəstəliklərə müqavimət qabiliyyətini artırır.
İlahiyyatçı onu da bildirdi ki, Ramazan ayında işa namazından sonra qılınan təravih və ya gecə namazını məsciddə qıla bilməyənlər narahat olmasınlar.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası hazırkı vəziyyəti nəzərə alaraq vətəndaşları qeyd-şərtsiz mövcud xüsusi karantin rejiminin tələblərinə, həkim tövsiyələrinə əməl etməyə çağırıb. Fətvada xüsusi qeyd edilib ki,” builki Ramazanın təsadüf etdiyi mürəkkəb zamanda insanlar Uca Allahın əmanəti olan öz həyatlarını və ətrafdakıların canlarını xüsusilə qorumağa borcludurlar. Elə bir dövrdür ki, bir adamın məsuliyyətsizliyi, laqeydliyi minlərlə günahsız insanın həyatı bahasına başa gələ bilər. Bunun böyük günah olduğunu unutmamalıyıq. Şəriətə görə, insanın sağlığına, sağlamlığına zərər verə biləcək, bədənini zəiflədərək xəstəlik qarşısında aciz hala gətirəcək məqamlara yol verilməməlidir.
İnsanın vücudunun ruhu qarşısında baş əydiyi müqəddəs ay bütün müsəlmanlara xeyirli olsun!
NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV