“Münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar nəticə verməyib” – RƏSMİ

  • Space TV
  • 16 İyul 2020 14:53

“Qürurverici haldır ki, Azərbaycan cəmiyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yekdil fikir, rəy var. Burada yaşından, peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı həmrəydir”.

space tv -ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

Onun sözlərinə görə, Qarabağ Azərbaycandır və bütün işğal olunmuş torpaqlarımız Ermənistanın işğalından azad olunmalıdır:

“Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan cəmiyyətində, Azərbaycan xalqında yekdil fikir vardır. Təəssüf ki, Ermənistan Azərbaycana qarşı 30 ilə yaxındır ki, təcavüzü və işğalı davam etdirir.

Münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar öz real nəticələrini verməyib. Ermənistanın işğalçılıq siyasətinə münasibətdə beynəlxalq ictimaiyyət tərəfindən zəruri cavabların olmaması Ermənistanın cəzalandırılması, Ermənistanda yeni provakasiyalara, təxribatlara doğru sürükləyir.

Ən vacibi Azərbaycan xalqının mövqeyidir ki, həmin gün ölkə ictimaiyyəti xalqımızın, dövlətimizin, ali baş komandanın rəhbərliyi altında bu məsələdə yekdil olduğunu bir daha nümayiş etdirdi”.

“Ermənistanda yaşlı insanlar belə təmas xəttinə cəlb edildi. Bu, Ermənistanda mövcud olan demokrafiq problemin tərkib hissəsidir. Azərbaycanda bu qəbildən olan problemlər yoxdur. Azərbaycan Silahlı qüvvələrinin komplekləşdirilməsi tam şəkildə həyata keçirilib”, – deyə H.Hacıyev qeyd edib.

Paylaş

 Xəbəriniz olsun