Münaqişədən zərər çəkən ailələrə gigiyena dəstləri paylanılacaq

  • Space TV
  • 15 Dekabr 2020 11:10

ÜST-nin münaqişədən zərər çəkmiş bölgələrdəki missiyası davam edir.

Spacetv.az xəbər verir ki, missiya üzvləri Ağdam rayonunda olub, yerli icra hakimiyyətini və müxtəlif səhiyyə müəssisələrini ziyarət edərək tibbi ehtiyacları öyrənmək üçün müzakirələr aparıb.

Həmçinin, Üçoğlan və Qaradağlı kənd həkim məntəqələrinə baş çəkilib. Ziyarət edilmiş xəstəxanalara maska yardımı edilib və yerli icra hakimiyyətinə zərər çəkmiş ailələrə paylanması üçün gigiyena dəstləri verilib.

Paylaş

 Xəbəriniz olsun