Mülkü vətəndaş yaralanıb – VİDEO

  • SpaceTV
  • 20 Oktyabr 2020 15:26

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir. Space TV xəbər verir ki, Ermənistanın törətdiyi hərbi cinayət nəticəsində bu dəfə Tərtərdə mülkü vətəndaş yaralanıb.

1962-ci il təvəllüdlü Niyaz Hüseynağa oğlu Səlimov  xəstəxanaya yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun