Mülkü əhali atəşə tutulub – VİDEO

  • SpaceTV
  • 20 Oktyabr 2020 15:03

Heç bir müharibə qanunu saymayan Emənistan Silahlı Qüvvələri humanitar atəşkəsə də məhəl qoymur. Space TV xəbər veirir ki, düşmən ordusu cəbhəyanı yaşayış məntəqələri ilə yanaşı, müxtəlif infrasturktur obyektlərinə də ciddi ziyan vurur. Lakin erməni vandalizmi bununla bitmir. Onlar hətta qəbiristanlıqları da atəşə tutumaqdan çəkinmir. Ağdamda da qəbiristanlqlar Erməni Silahlı Qüvvələrinin ağır artilleriya və top atəşlərinə məruz qalır. Əhmədağalı kənd qəbiristanlığına düşən mərmilər dağıntılara səbəb olub.

Qəbirlərdən bəziləri əvvəlki günlərdə, bəziləri isə ötən axşam atılan mərmilərdən dağılıb. Cəbhəyanı yaşayış məntəqələrinin sakinləri düşmənin bu cür təxribatlarından qorxmadıqlarını və ordumuza güvənərək öz kəndlərində yaşadıqlarını, təsərrüfat işləri ilə məşğul olduqlarını bildiriblər.

Ermənistan Silahlı Qüvvələri Ağdam istiqamətində gün boyu humanitar atəşkəs rejimini kobud şəkildə pozmaqda davam edir.

Paylaş

 Xəbəriniz olsun