Mühafizəçi yeddinci mərtəbədən yıxılan uşağın həyatını xilas etdi

  • SpaceTV
  • 29 İyul 2020 10:31

Rusiya paytaxtında 29 yaşlı mühafizəçi yeddinci mərtəbədən yıxılan yeddi yaşlı uşağın həyatını xilas edib.

Bu barədə “Moskvoskiy komsomolets” xəbər yayıb.

Bildirilir ki, mühafizəçi binanın yuxarı mərtəbəsində antena naqilindən sallanan uşağı görüb. Bundan sonra o, dərhal evə qaçaraq döşək gətirib.

“Uşaq ağlayıb qışqırır, artıq dözə bilmədiyini və yıxılacağını deyirdi. Bir neçə dəqiqədən sonra o, əllərini buraxdı. Biz onun yıxıla biləcəyi yeri hesablamağa çalışırdıq. Lakin o, döşəyin kənarına, oradan da kolluğa yıxıldı”, – deyə mühafizəçi bildirib.

Yıxılandan sonra uşağın huşu özündə olub. Tezliklə o, xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib. Onda beyin silkələnməsi və ayaqların sındığı müəyyən olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Paylaş

 Xəbəriniz olsun