Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək

  • Space TV
  • 31 Dekabr 2020 13:57

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 

Dəyişikliyə əsasən, bundan sonra müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək. Müavinətin verilməsi həmin şəxsin həqiqi hərbi xidmətdə olduğu müddəti əhatə edir. 

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Paylaş

 Xəbəriniz olsun