Müdafiə üçün raketlər

  • SpaceTV
  • 14 Avqust 2019 12:02

ABŞ Hərbi Hava Qüvvələri bu yay Avropada keçirilən Avropa təlimləri zamanı Baltikyanı ölkələrə ən son F-35 qırıcı təyyarələrini, eləcə də vahid hava hücumundan müdafiə məqsədilə raket kompleksələrini yerləşdirəcək. Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrika üzrə komandanı Jeffri Li Xariqyan açıqlama verib. 

Space.TV- Xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrika üzrə komandanı Jeffri Li Xariqyan bildirib ki, bu proses sürətli bir şəkildə həyata keçiriləcək: “Avropada F-35 eskadronunun yerləşdirilməsində məqsəd müttəfiqlərimiz və tərəfdaşlarımızla müvafiq təlimlərdə beşinci nəsil platformasına inteqrasiya edə bilməsidir. Bu, ümumi təlim tapşırıqlarını birləşdirməyə imkan verir”.  Hərbi Hava Qüvvələri Komandanı əlavə edib ki, bununla müttəfiqlər son nəsil döyüş təyyarələrilə 4-cü nəsil platformaları arasındakı uyğunluğu artırmaq imkanlarını gücləndirəcək. 

Paylaş

 Xəbəriniz olsun