Müdafiə qüvvələri güclənməlidir

  • SpaceTV
  • 9 Sentyabr 2019 14:40

Gürcüstan parlamenti keçmiş daxili işlər naziri Giorgi Qaxarianın başçılıq edəcəyi yeni hökumətə etimad göstərib.  Səsvermədə 98 deputat yeni hökumətin lehinə səs verib. Qeyd edək ki, parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar yeni hökumətin tərkibinə etiraz olaraq iclasda iştirak etməyiblər.

Gürcüstanın yeni Müdafiə naziri İrakli Qaribaşvili əsas prioritetlərini açıqlayıb. o, ölkənin müdafiə qüvvələrinin daha da güclənməsi üçün çalışacağını bildirib. Nazir deyib ki, müdafiə qüvvələrinin vahid orqanizm və bir ailə olması üçün əlindən gələni əsirgəməyəcək.

İ.Qaribaşvilinin sözlərinə görə, müdafiə sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlar yaxın gələcəkdə ictimaiyyətə təqdim olunacaq.

Nazir qeyd edib ki, əsas fəaliyyət istiqamətlərindən biri Müdafiə sənayesini yeni inkişaf mərhələsinə çatdırmaq olacaq. Yeni Daxili İşlər naziri Vaxtanq Qomelauri öz növbəsində bildirib ki, insanların və deputatların etimadını doğrultmağa çalışacaq. O, Daxili İşlər Nazirliyində böyük kadr dəyişikliklərinin planlaşdırılmadığını bildirib. V.Qomelauri qurumda kiçik dəyişikliklərin olacağını istisna etməyib.

Paylaş

 Xəbəriniz olsun