Müdafiə Nazirliyi: Düşmən tərəfinin yaydığı məlumat növbəti təxribatdır

  • Space TV
  • 10 Oktyabr 2020 11:33

“Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır”.

Bu barədə spacetv.az-a Müdafiə Nazirliyindən bildirilib. 

Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir: “Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır”.

Paylaş

 Xəbəriniz olsun