Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun yolu azan əsgəri ermənilər tərəfindən vurulub

  • SpaceTV
  • 23 Sentyabr 2019 11:43

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata əsasən, “Space” məlumat verir ki, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

“Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır”, – Azərbaycan Müdafiə Nazirliyinən bildirilib. 

Paylaş

 Xəbəriniz olsun