Mübahisə zamanı qonşusunun qulağını qopartdı – FOTO

  • Space TV
  • 14 Dekabr 2020 09:48

Türkiyənin Dənizli şəhərinin Pamukkalə bölgəsində qonşular arasında düşən dava üç nəfərin yaranlanmasına səbəb oldu.

Spacetv.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. 

Bildirilib ki, mübahisə “yan baxma” məsələsi səbəbindən olub. Nəticədə T.Nuri, E.Nuri və A.Murat əlbəyaxa dalaşmağa başlayıblar.

E.Nuri T.Nurinin qulağını dişləyərək qopardıb. Əraziyə polis xə təcili tibbi yardım əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun