Mübahisə qanla bitib

  • SpaceTV
  • 11 Noyabr 2019 15:57

İşlədikləri evdə sözləri çəp gələn fəhlələrdən biri əlini bıçağa atdı və fəhlə yoldaşının boğazını kəsdi. Dəhşətli hadisə dünən axşam saatlarında Masallının Şərəfə kəndində qeydə alınıb. Belə ki, Boradigah qəsəbə sakini Rafiq Gülverdiyevin fəhlə kimi çalışdığı evdə iş yoldaşı ilə mübahisəsi düşüb. Nəticədə o, mübahisə zamanı əlinə bıçaq götürərək Ukrayna vətəndaşı olan və hazırda Şərəfə kəndində yaşayan 47 yaşlı Bəhruz Quliyevin qarın nahiyəsinə 3 zərbə vurub. Sonuncu zərbə ilə isə onun boğazını kəsib. Hadisə yerinə təcili tibbi yardım maşını çağırılsa da, həkimlər briqadası çatmamış ağır zədələnən Bəhruz Quliyev qısa zamanda dünyasını dəyişib. Mərhumun meyiti daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı şöbəsinə təhvil verilib. Faktla bağlı Masallı Rayon Prokurorluğu araşdırma aparır.

 Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun