Bərdədə bıçaqlanma hadisəsi baş verib.
Space.TV-nin bölgə müxbiri məlumat verir ki, rayon sakini 42 yaşlı İntiqam Həsənovla tanışı olan, Oktay adlı şəxslə arasında mübahisə yaşanıb. İntiqam məsələni söhbət İlə yoluna qoya bilməyəcəyini görüb əl atıb bıçağa.
Nəticədə Intiqam tanışı olan Oktaya, 3 bıçaq zərbəsi endirib. Bıçaq xəsarəti alan yaralı yaxınlarının köməyi ilə Bərdə rayon Mərkəzi Xəstaxanasına çatdırılıb.
Hazırda həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.
Faktla bağlı polis idarəsində araşdırma aprılır.
Emin Babayev -Space