Müasir elektron informasiya dövründə insanlar əsas məlumat mənbəyi kimi internet resurslarına üz tutsalar da həyatımızda kitabxanaların öz rolu var.

  • SpaceTV
  • 18 Aprel 2020 15:40

Mobil cihazlar və kompütrlərin insan həyatına necə deyərlər, fəal müdaxilə etdiyi bu zəmanədə kitabxanada da fəal mütaliyə səhnələrinin seyr etmək necə də xoşdur. Nə yaxşı ki, insanlar məhz kitabın onların ən yaxın dostu olması həqiqətini unutmurlar! Gəncə şəhərinin mərkəzi kitabxanasında da bunu hər an müşahidə etmək mümkündr. Respublikamızın ən qocaman kitab ocaqlarından biri olan, yaşı 90 ilə yaxınlaşan  bu kitabxananın mərkəzi fondunda 10 min nüsxədən  çox kitab saxlanılır.  Gəncə Mərkəzi Kitabxana Sistemində artıq bir neçə ildir ki, elektron kitabxana da fəaliyyət göstərir Burada dünya və yerli klassiklərin, müasir yazarların əsərlərinin, həmçinin elmi-texniki ədəbiyyatın elektron versiyaları cəmləib. Amma sözsüz ki, kitab ilə canlı təmas insanın, xüsusən gənc nəslin mühüm keyfiyyətlərinin formalaşması üçün başlıca amil olaraq qalır. Gənclərin də bu fikirdə olması sevindirici haldır.

Kitabxanalarımızın xüsusən gənclər arasında  populyarlığının qorunması üçün kitab fondlarının yenilənməsi və texniki imkanların artırılması məsələləri də mhüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyət göstərən bu ocağın  9 şöbəsi, uşaq kitabxanası və 23 kitabxana filialı var.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun