Müəllimlərin maaşı artırıldı

  • SpaceTV
  • 11 Sentyabr 2019 11:56

Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Qərarda dəyişiklik edib.

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşları 660 manat , direktor müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manat  müəyyən edilib.

Paylaş

 Xəbəriniz olsun