Müəllimlərin işə qəbulu üzrə vakansiya

  • SpaceTV
  • 7 Avqust 2019 11:57

Bu gündən müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır.

Namizədlər avqustun 14-ü saat 13:00-dək elektron ərizələrində müvafiq bölməyə daxil olaraq imtahan fənninə uyğun 8 vakant yer seçə bilərlər. Sonda namizədlər ərizələrini təsdiq etməlidirlər.

2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir.

Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılan, diaqnostik qiymətləndirilmədə iştirak edən namizədlər seçə bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Paylaş

 Xəbəriniz olsun