Müəllimlər üçün Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulu davam edir

  • Space TV
  • 6 Yanvar 2021 11:28

Ümumtəhsil məktəblərinin müəllimləri üçün Yaponiyada “Kyokensei – Gənc müəllimlər üçün təlim” (“Kyokensei”) proqramına sənəd qəbulu davam edir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proqrama müraciət üçün son tarix 29 yanvar 2021-ci il təyin olunub.

“Kyokensei” hazırda Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər üçün nəzərdə tutulub və onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı təqdim edən magistratura səviyyəsi üzrə proqramdır.

Təqaüd proqramı barədə ətraflı məlumatla müvafiq linkə (https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00142.html) daxil olaraq tanış ola bilərsiniz.

Paylaş

 Xəbəriniz olsun