Müəllimlər məktəbə velosipedlə gəlir

  • Space TV
  • 3 Dekabr 2019 15:35

İnsan sanki özünü Avropanın hansısa inkişaf etmiş ölkəsində hiss edir.Məktəbin həyətində isə böyük velodayanacağı görmək olar.Çünki,məktəbin hazırlıq sinfindən,11ci sinfinədək əksər şagirdləri təhsil müəsisəsinə velosipedlə gedib-gəlirlər.

Azərbaycan və gürcü bölmələri olmaqla ümumilkdə 368 şagird təhsil alan bu təhsil ocağında artıq 5ildən çoxdur ki,dərsə velosipedlə gedib-gəlmək bir ənənəyə çevrilib.Şagirdlər səhər-səhər dərsə gəldikdə  həyətdə bu məqsədlə ayrılmış ərazidə velosipetlərini səliqəylə saxlayır,dərsdən çıxdıqda isə sürərək,evlərinə gedirlər.Hər sinfin cərgəylə ayrılan öz saxlama yeri olduğu üçün dərs sonu şagirdlər  heç qarışıqlıq yaşamırlar.

Uzaq yolu yaxın etməklə yanaşı, sağlamlığa da faydası olan bu nəqliyyat vasitəsindən əksər şagirdlərlə yanaşı müəllimlər də istifadə edirlər.

Velosipedlə dərsə gəlmək şagirdlərin öz seçimidir.Bunun da əsas səbəblərindən biri sağlam həyat tərzi ilə yanaşı kəndin 4 bir yanından məktəbə gələn şagirdlərin əksəriyyətinin yollarının uzaq olmasıdır.Gələcəkdə digər məktəblərdə də bu tendensiyanın davam edecəyi diləyi ilə…

 İLKİN PİRANOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun