Müəllimin meyti evdə tapıldı

  • SpaceTV
  • 19 Noyabr 2019 17:22

Bura Cəlilabadın Maşlıq kəndidir.Bu da 36 yaşlı Zəfər Miriyevin kirayədə tək yaşadığı  ikimərtəbəli ev.

Kimsə bu gənc müəllimin ölümünə inanmayıb. Müəllimlər də, yerli sakinlər də şoka düşüb. Axı, Zəfər müəllim nə vaxtsa, nədənsə şikayətlənməyib. Həmişə gümrah görünüb. Müəllim işlədiyi Maşlıq kənd tam orta məktəbində riyaziyyat fənnini şagirdlərinə öyrədib. Bu fənni onlara sevdirə bilib.

Şagirdlər tətilə buraxılan gün kirayədə yaşadığı evdə olub. Sakinlərin dediyinə görə, Zəfər müəllim ailəsindən boşandığına görə, bir az qapalı, fikirli-xəyallı görünürmüş. Daha doğrusu, özünə qapılıbmış. Dərdini kiminləsə bölüşmürmüş. Kirayədə yaşadığı evin iki addımığında olan mətəbə gedib gəlirmiş. Doğmaları onunla tez-tez əlaqə saxlayırmış. Amma həmin gün doğmaları tərəfindən ona zəng vurulanda cavab verən olmayıb. Bu da onların narahatlığına səbəb olub.

Gənc müəllimin kirayədə qaldığı evdə meyiti aşkar olunan zaman dərhal aidiyyati qrumlara məlumat verilib Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Meyit müaayinə olunmaq üçün məhkəmə tibbi-ekspertizaya göndərilib. Şahidlərin dediyinə görə, mərhumun yatdığı otaqda stolun üstündə qribxot (Qripə qarşı dərman) və zoğal mürəbbəsi olub. Hər kəs onun ölümünə yanıb-yaxılıb. Gənc olmasına baxmayaraq, dərs dediyi pedaqoji kollektifdə böyük hörməti varmış.

Zəfər Miriyevin ilkin ölüm səbəbi pnevmoniya-yəni kəskin ağciyər xəstəliyi olduğu bildirilir. Amma əsl səbəb isə hüquq-mühafizə orqanlarında aparılan araşdırmalardan sonra məlum olacaq.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun