MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayır

  • Space TV
  • 1 Yanvar 2021 12:52

Azərbaycanda yanvarın 1-dən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2020-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayır.

Spacetv.az xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Paylaş

 Xəbəriniz olsun