MSK Şəkidə seminar-müşavirə keçirib

  • SpaceTV
  • 15 Noyabr 2019 16:00

Seminarda əsas məqsəd dairə seçki komissiyalarının məlumatının və bu istiqamətdə atılan addımların səmərəliliyinin artırılmsıdir.Tədbirdə MSK, Ali Məhkəmə və Şəki Apellyasiya Məhkəməsinin təmsilçiləri  “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında məruzələr olunub və təqdimatlar keçirilib.

Sonda seçki mübahisələrinin həlli ilə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İLKİN PİRANOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun