MSK Şəkidə regional seminar-müşavirə keçirib

  • SpaceTV
  • 24 Yanvar 2020 16:19

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunması məqsədilə Mərkəzi Seçki Komissiyası Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə regional seminar-müşavirələr keçirir. Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan növbəti tədbir Şəkidə keçirilib. Seminar-müşavirənin açılış mərasimində bildirib ki, layihənin gərçəkləşdirilməsində başlıca məqsəd seçkilərin azad və ədalətli keçirilməsi üçün atılan bütün addımlarla yanaşı, seçki mübahisələrinin həlli istiqamətində də müvafiq məhkəmələrin və dairə seçki komissiyalarının məlumatının artırılmasından ibarətdir. Diqqətə çatdırılıb ki, bununla bağlı görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması vacib amillərdən biridir.

İLKİN PİRANOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun