MSK DSK-nın qərarını ləğv etdi: “Həmin dairə nəzarətə götürülsün”

  • Space TV
  • 15 Yanvar 2020 17:38

Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyasının (DSK) qərarını ləğv edib. 

SPACE TV-in məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qurumun katibi Arifə Muxtarova bildirib. 

O deyib ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu MSK-ya müraciət edib.

R.Abbasov müraciətində bildirib ki, həmin DSK onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib. 

A.Muxtarova isə bildirib ki, MSK-nın ekspert qrupu müraciəti araşdırıb. 

“Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”, – deyə A.Muxtarova söyləyib. 

Müzakirələrdən sonra MSK namizədin qeydə alınmasından imtina edilməsi ilə bağlı DSK-nın qərarını ləğv edib.

İclasda bildirilib ki, həmin dairə xüsusi nəzarətə götürülsün. 

Paylaş

 Xəbəriniz olsun