MSK bu gün yenə toplanır

  • SpaceTV
  • 17 Fevral 2020 10:52

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün yenidən toplanır.

SPACE TV-ın məlumatına görə, MSK-nın iclası saat 16:00-da keçiriləcək.

İclasda Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan şikayətlərə baxılacaq.

Qeyd edək ki, parlament seçkiləri ilə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb.

Bunlar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələridir.

Paylaş

 Xəbəriniz olsun