MSK bu gün ictimaiyyətə beş dəfə məlumat verəcək

  • Space TV
  • 9 Fevral 2020 08:26

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradıb.

SPACE TV-ın xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində beş dəfə (10:00, 12:00, 15:00, 17:00, 19:00) məlumat veriləcək.

M.Pənahov bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək, öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıb.

Qeyd edək ki, səsvermə saat 19:00-da bitəcək.

Paylaş

 Xəbəriniz olsun