Mövsümündən əvvəl gələn qarpız – VİDEO

  • SpaceTV
  • 28 May 2020 11:17

Qarpızın əsl mövsümü avqust ayı olsa da bu ləzzətli bostan bitkisi təxminən bir aydır ki, satışdadır.

Satıcılar İrandan gətirilən qarpız və yemişin kifayət qədər alıcısının olduğunu bildirdilər. 

Satıcılar qarpızların vaxtından əvvəl yetişməsini İran ərazisində havaların tez istiləşməsi ilə əlaqələndirirlər. Bu qarpızlara isə heç  bir kənar müdaxilə edilmir, və tam təbbi yolla yetişir ki, bu da insan sağlamlığı üçün hər hansı mənfi təsir göstərmir.

Sağlamlıq keçikçiləri  isə bildirir ki hər hansı meyvə və tərəvəz vaxtından əvvəl yetişdirilməsi üçün mineral gübrələr və ya kimyəvi maddələrdən istifadə edilir ki, bu da insan sağlamlığına təsirsiz ötüşmür.

Bütün meyvə və tərəvəzlər öz mövsümündə yeyilsə, həm xeyirlidir həm də təhlükəsiz.  Elə buna görə də vaxtından əvvəl hər hansı meyvə tərəvəzi yeməyə cəhd etməyək ki, sonradan peşmançılığın da çəkməyək.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun