Mövlud Çavuşoğlu: “Strateji layihələrin daha da inkişaf etdirilməsində səylərimizi gücləndirəcəyik”

  • SpaceTV
  • 11 Avqust 2020 14:26

Türkiyəyə ilk rəsmi səfərini edən Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov qardaş ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı keçirib.

Spacetv.az xəbər verir ki, Çavuşoğlu Bayramova ilk səfərini Türkiyəyə etdiyi üçün təşəkkür edib:

“Sammitlərdə qəbul edilmiş qərarların və imzalanmış müqavilələrin icrasını izləyirik. Türkiyə və Azərbaycan Qafqaz ərazisindən Londona qədər əhəmiyyətli layihələri icra edir. Bu strateji layihələrin daha da inkişaf etdirilməsi və imkanların artırılması üçün səylərimizi gücləndirəcəyik. İndi TANAP Avropa ölkələrinə TAP olaraq çatır, bu layihələrin imkanlarını artırmaq üçün Gürcüstanla birgə fəaliyyətimizi intensivləşdirəcəyik”.

C.Bayramov Ermənistanın bölgədə sülhə maneə olduğunu deyib:

“Qardaş Türkiyə həmişə Azərbaycana dəstək olub. Bu yaxınlarda Ermənistanın Tovuzdakı hücumlarında bu dəstəyinin şahidi olduq. Həm öz adımdan, həm də Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan dövləti və Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Gələcəyimizi bu zəmin üzərində qururuq”.

Paylaş

 Xəbəriniz olsun