Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunması ilə bağlı paylaşım edib

  • Space TV
  • 15 Sentyabr 2020 12:06

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 15 sentyabr – Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib. Spacetv.az-ın xəbərinə görə, Türkiyə XİN başçısı bu barədə “Twitter” hesabında paylaşıb. “Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə müqəddəs şəhidlərimizi rəhmətlə anıram. Eyni ruh və inancla bu gün Azərbaycanla çiyin-çiyinə, bir ürəyik. Odlar yurduna salam olsun!”, Mövlud Çavuşoğlu qeyd edib.

Paylaş

 Xəbəriniz olsun