Mövlud Çavuşoğlu Azərbaycana gəlir

  • Space TV
  • 6 Oktyabr 2020 10:34

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə yola düşüb.

Spacetv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Səfər çərçivəsində Türkiyə XİN başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.

Görüşlər zamanı Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Paylaş

 Xəbəriniz olsun